GZATC Cumhurbaşkanı Talibov: Geçmiş olsun Türkiyem

featured
service
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

Göyçe Zengezur Azeri Türk Cumhuriyeti Cumhurbaşkanı Rızvan Talibov, Türkiye’de 10 ilde büyük yıkıma neden olan depreme ilişkin bir mesaj yayımladı. “Geçmiş olsun Türkiyem” başlığıyla yayımlanan mesajda şu ifadeler yer aldı:

”Can kaybı 1700-ə yakın. Yaralı sayısı 12000-ə yakın. Yıkılan bina sayısı 6000-ə yakın. Dağıntılar altında çoxsaylı insanlar kalmış. Arama-kurtarma çalışmaları aralıqsız davam edir. Allahım kolaylıqlar versin. Faciənin boyutlarının böyüklüyünə baxaraq düşünürəm niyə??? Məgər bu binalar palçıqlamı tikilib? Yox, əksinə bu yeni binalar dəmir-beton karkas içində tikilirlər. Baxıldığında bu binalar zəlzələyə qarşı daha dayanıqlı olmalıdırlar. Amma, bunun belə olmadığı ap-açıq görsənir. Bu mövzuda zaman-zaman rahatsız olduğum durumlar barədə düşüncələrimi bir daha bölüşməkdə fayda görürəm. Qardaş Türkiyədə və bizdə Azərbaycanımızda və bir çox ölkələrdə son onilliklərdə tikilmiş yüksək mərtəbəli binalara baxsaq yol verilmiş çox ciddi eyni bir xətaları görürük. Beş katdan başlayaraq, daha yüksək katlı binaların aşağı katları (birinci, ikinci və s.) kommersiya məqsədli olaraq nəzərdə tutulur. Daha geniş açıq alan əldə etmək üçün aşağı qatlara istinad divarları tikmək yerinə, binanı dəmir-beton dirəklər üzərində inşa edirlər. Ətrafını isə şüşə vitrinlərlə qapadırlar. Beləliklədə bu binaların zəlzələlərə qarşı dayanıqlıqları qat-qat azaldılmış olur. Dəmir-beton dirəklərin üzərində inşa edilmiş çox qatlı binaların ağırlıqları qatına görə min tonlara çatır. Aşağı qatlarda istinad divarları olmadığı üçün bu qədər ağır yük dəmir-beton dirəklərə çox böyük basınc yaradır. Təbii bir silkələnmə olmasa bu dəmir-beton dirəklər bu ağırlığa on illiklər boyu davam gətirər. Lakin zəlzələ zamanı, yaxud hər hansı titrəmə anında bu dirəklər ağır yük altında sınaraq çökür. Binanı ayaqda saxlayan dirəyin bir neçəsinin çökməsi, ağır binanın kömple çökməsinə, dağılmasına səbəb verir. Düşüncəmə görə faciələrimizin böyüklüyüdə binaların bu cür tikilməsinə bağlıdır. Bu dəhşətli dağıntılardan doğru nəticə çıxararaq,aidiyyatlı dövlət qurumları son dövr tikilmiş bu binaların dözümlülüyünü bir daha test edərək, dediyim küsurların ortadan qaldırılması üçün təcili önləmlər almalıdırlar. Bu binaların aşağı mərtəbələri istinad daş divarlarla, yaxud beton divarlarla əhatələnib, möhkəmləndirilməlidirlər. Kommersiya məqsədli nəzərdə tutulan alanlar isə, alt katlardan, üst katlara taşınmalıdır. Sağlam məntiqin diktə etdiyi bu küsurların ortadan kalkması üçün önləmlər alınarsa, binalarımızın zəlzələlərə qarşı dayanıqlıqları yüksələr, faciələrimizin boyutları kat-kat azalar. Faciələrimizdən doğru nəticə çıxardıb, önləm almalıyıqki, təbii fəlakətlər zamanı itkilərimiz minimum olsun. Allaha əmanət ol tərəqqipərvər insanların, bütün türklərin, cəmi islam aləminin qurur yeri, qoruyucusu, dayağı olan TÜRKİYƏM! Bütün tərəqqipərvər insanları, dünya türklərini, bütün islam aləmini bu ağır günlərində, həmdə gen günlərində olan bütün imkanları ilə qardaş TÜRKİYƏMİZİN yanında olmağa çağırıram! Allahımızdan həlak olanlara rəhmət, yaralılara acil şəfalar, zor durumda qalanlarımıza kömək olması diləkləri ilə məndən bu qədər.”

0
mutlu
Mutlu
0
_zg_n
Üzgün
0
sinirli
Sinirli
0
_a_rm_
Şaşırmış
0
vir_sl_
Virüslü
GZATC Cumhurbaşkanı Talibov: Geçmiş olsun Türkiyem

Tamamen Ücretsiz Olarak Bültenimize Abone Olabilirsin

Yeni haberlerden haberdar olmak için fırsatı kaçırma ve ücretsiz e-posta aboneliğini hemen başlat.

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir